"Barselona"nın prezidenti Joan Laporta futbolçusu Frenki de Yonqun gələcəyindən danışıb.
Sportinfo.az xəbər verir ki, o, "Diario Sport"a açıqlamasında yarımmüdafiəçinin Kataloniya təmsilçisində qalmasını istədiyini deyib:
“Onu saxlamaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirik ki, de Yonq da qalmaq üçün əlindən gələni edəcək.
Hamımız səy göstərməliyik. Kluba gələndə burada maaş fondunun 40 faiz şişirdildiyini gördük.
Açığı, indi bizdə yeni maaş cədvəli var və bütün futbolçuların maaşları ona uyğun olmalıdır. De Yonq "Barselona"da qalmaq istəyir, biz də onun qalmasını istəyirik. Bu, ən vacib şeydir".
De Yonqun "Mançester Yunayted"ə keçəcəyinə dair xəbərlər yayılıb.

