"Gəlin görək, transfer pəncərəsi bağlanana qədər nə baş verəcək”

29 İyul 2022 01:10 İspaniya 582
"Gəlin görək, transfer pəncərəsi bağlanana qədər nə baş verəcək”

“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Miralem Pyaniçin komandanı tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Xavi, bosniyalı futbolçunu tərifləyib:

“Pyaniçdən çox xoşum gəlir, o, futbola bənzərsiz baxışı olan əla oyunçudur. O, həmişə irəlidə oynamağa hazırdır və böyük texniki potensiala malikdir.

Onun “Yuventus”la oyunda (2:2) davranışı xoşuma gəldi. Gəlin görək, transfer pəncərəsi bağlanana qədər nə baş verəcək”.

“Barselona”nın bu yay Pyaniçi satmaq qərarına gəldiyi bildirilir.

32 yaşlı bosniyalı ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib və 26 matçda 4 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR