"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi "Udineze"dən Nahuel Molinanı transfer edib.
Argentinalı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Atletiko"nun 24 yaşlı futbolçu üçün İtaliya klubuna 20 milyon avro ödədiyi bildirilir.
Nahuel Molina "Udineze"yə 2020-ci ilin yayında "Boka Xunyors"dan transfer olunub.
Argentina millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

