"Hazırkı heyətimiz ötən mövsümdəkindən daha yaxşıdır”

25 İyul 2022 10:20 İspaniya 653
"Hazırkı heyətimiz ötən mövsümdəkindən daha yaxşıdır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti yoxlama oyununda “Barselona”ya uduzduqdan (0:1) sonra heyət haqqında danışıb.

Sportinfo.a xəbər verir ki, italiyalı məşqçi “Real”ın hazırkı heyətinin ötən mövsümdəkindən yaxşı olduğunu deyib:

“Mən yeni oyunçulardan istifadə etməyə çalışdım ki, onlar komandanın oyun tərzinə uyğunlaşsınlar.

Aydındır ki, Kazemiro, Kroos və Modriç oyunda olanda işimiz asanlaşır. Amma mən gənc futbolçuları da sınamaq istəyirdim.

Çoxlu oyunçularımız var. “Real”ın hazırkı heyəti ötən mövsümdəkindən daha yaxşıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR