“Yuventus”un yeni transferi Duşan Vlahoviçin “Real”a keçmək variantı olub.
Sportinfo.az xəbər verir ki, serbiyalı hücumçu qış fasiləsində Madrid təmsilçisinə təklif edilib.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Real” yayda PSJ-dən Kilian Mbappeni heyətinə qatmağı planlaşdırdığı üçün Vlahoviçin transferindən imtina edib.
Vlahoviç qış fasiləsində 75 milyon avro qarşılığında “Fiorentina”dan “Yuventus”a keçib.

