“Barselona”nın yeni transferi Pyer-Emerik Obameyanq açıqlama verib.
Sportinfo.az xəbər verir ki, qabonlu hücumçu Kataloniya təmsilçisinə keçidi haqda danışıb:
“Barselona”da olduğum üçün xoşbəxt və qürurluyam. Meydana çıxmaq üçün səbirsizlənirəm.
“Barselona” dünyanın ən böyük klublarından biridir. Buna görə, seçimim bura oldu. “Barselona”da olmaq böyük şərəfdir”.
“Barselona” Obameyanqla müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

