Bavariya"nın İdarə Heyətinin keçmiş sədri Karl-Haynts Rummenigge açıqlama verib.
Sportinfo.az xəbər verir ki, sabiq funksioner hazırda Avropa klublarının yaşadıqları maliyyə problemləri haqda danışıb:
“Belə vaxtlarda klubun maliyyə durumunu diqqətdə saxlamaq lazımdır. “Barselona” kimi bir nümunə var.
Onların 1,5 milyard avro borcu olduğunu eşidəndə yata bilməmişdim. Futbolda belə şeylər çox narahatedicidir”.

