“Barselona” qış fasiləsində heyətinə qatdığı 4 futbolçudan – Adama Traore, Ferran Torres, Pyer-Emerik Obameyanq və Dani Alveşdən çünü Avropa Liqası üçün sifariş edə biləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
UEFA-nın qaydalarına görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edən komandalar qış fasiləsində yalnız üç yeni oyunçu sifariş edə bilər. Qeydiyyat üçün son tarix bu gündür.
“Barselona”da hansı futbolçunun UEFA-nın oyunlarından kənar qalacağı hələ məlum deyil.
“Barselona” Avropa Liqasının pley-off mərhələsində “Napoli” ilə üz-üzə gələcək.

