“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi “Lill”dən Reynildo Mandavanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Mozambik millisinin üzvü olan Mandava bu mövsüm “Lill”lə 27 oyuna çıxıb.

