Məvacibin azaldılmasına razıdır - “Barsa”ya keçmək üçün

31 Yanvar 2022 12:20 İspaniya 620
Məvacibin azaldılmasına razıdır - “Barsa”ya keçmək üçün

"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq "Barselona"ya keçə bilər.

Sportinfo.az xəbər verir ki, qabonlu “Barsa”da oynamaq istəyir.

O, bu istəyini reallaşdırmaq üçün maaşının azalmasına da hazırdır.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, kataloniyalılar Obameyanqa maraq göstərirlər.

Bildirilirdi ki, əgər Usman Dembele “Barsa”da ayrılarsa, onda rəhbərlik qabonlu hücumçunu transfer etməyə cəhd göstərəcək.

Xatırladaq ki, ötən ilin dekabrın 14-də “Arsenal”ın kapitan sarğısı Obameyanqdan alınıb.

Klubdan bildirilib ki, futbolçu ciddi intizam pozuntusuna yol verdiyi üçün belə qərar qəbul olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti