Sportinfo.az xəbər verir ki, "Barselona"nın müdafiəçisi Jerar Pike "Real"ın hücumçusu Vinisius Juniorla danışıb.
Pike onu inandırmağa çalışıb ki, Kataloniya klubuna keçsə, düzgün addıma atmış olar. Bu barədə müdafiəçi özü məlumat verib:
“Əgər mən Holandın yerinə olsaydım və “Qızıl top”u qazanmağa cəhd göstərsəydim, onda Mbappenin gedəcəyi komandaya keçməzdim.
Vinisius? Mən onunla söhbət etdim. Onu inandırmağa çalışdım ki, “Barselona”ya keçsə, daha uğurlu karyerası olacaq”.
Vinisius “Real”da 2018-ci ildən çıxış edir. O, “kral klubu”na “Flamenqo”dan keçib.

