UEFA məşhur məşqçidən tələb edir – İmtahan ver! 

31 Yanvar 2022 15:20 İspaniya 674
UEFA məşhur məşqçidən tələb edir – İmtahan ver! 

UEFA “Real”ın baş məşqçisi Karlo Ançelottidən imtahan verməyi tələb edir.

Sportinfo.az xəbər verir ki, Ançelottinin məşqçi lisenziyasının vaxtı ötən ilin dekabrın 31-də bitib.

Məsələ ilə bağlı UEFA “Real”a məktub da göndərib.

Ançelotti imtahan verməsə, qarşılaşmalar zamanı texniki zonada “Real”a rəhbərlik edə bilməyəcək. 62 yaşlı mütəxəssis klub səviyyəsində 21 titul qazanıb.

İtalyan məşqçi “Real”a 2021-ci ilin yayından başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti