Traore mövsümün sonuna qədər “Barsa”ya icarəyə verildi

30 Yanvar 2022 12:00 İspaniya 932
Traore mövsümün sonuna qədər “Barsa”ya icarəyə verildi

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Vulverhempton”dan Adama Traoreni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında “Barselona”da çıxış edəcək.

“Barselona” yayda Traorenin transfer hüquqlarını ala bilər.

Digər Xəbərlər
Xəbər Lenti