Qapıçı getmək istəyir – "Barselona" buraxmır

27 Yanvar 2022 18:40 İspaniya 447
Qapıçı getmək istəyir – "Barselona" buraxmır

"Barselona"nın qapıçısı Neto komandadan ayrılmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, braziliyalı daha çox oyun praktikası əldə etmək üçün komandanı dəyişməyi planlaşdırır.

Amma “Barsa” rəhbərliyi onu buraxmaq istəmir.

Çünki əsas qapıçısı Mark-Andre ter Ştegen zədələnəcəyi təqdirdə, “Barsa” çətin duruma düşə bilər.

Neto “Barsa”ya 2019-cu ildə “Valensiya”dan 26 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti