Faktlar prokurorluğa göndəriləcək - Hesabatı açıqlayacaqlar

27 Yanvar 2022 15:20 İspaniya 438
Faktlar prokurorluğa göndəriləcək - Hesabatı açıqlayacaqlar

"Barselona"nın sabiq prezidenti Xosep Mariya Bartomeu dövründə klub rəhbərliyi ilə bağlı aparılan araşdırmanın nəticələri fevralın 1-də açıqlanacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb.

Bildirilir ki, araşdırma nəticəsində əldə edilən faktlar prokurorluğa təqdim olunacaq:

“Fevralın 1-də əvvəlki prezidentin dövründə mümkün pozuntuların müəyyən edilməsi üçün maliyyə auditi nəticəsində aparılan hərtərəfli araşdırmanın nəticələri açıqlanacaq.

Araşdırma zamanı müəyyən edilmiş bütün nəticələr yerli prokurorluğa göndərilən hesabata daxil ediləcək”.

Bartomeu ötən ilin payızında “Barselona”dan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti