"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

24 Yanvar 2022 15:20 İspaniya 759
"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

“Barselona”nın baş məşqçisi Xavi “Alaves”lə qarşılaşmadan (1:0) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Xavi futbolçuların psixoloji durumunun qaydasında olmadığını deyib:

“Fərqli sxemlərdə oynamağa çalışdıq – 3, daha sonra 4 müdafiəçi ilə. Sonra 3-4-3 sxeminə üstünlük verdik ki, bu da bizə baha başa gəldi.

Çətin vəziyyətdəyik, amma bu gün nə edəcəyimizi bilirik. İndi futbolçularda özünəinam azdır. Onları əhatə edənlər bəzən kömək etmirlər.

Məsələn, Alaba tənqid olunsa da, əla oyun keçirdi, eynən Buskets və Pike kimi.

“Barselona”nın forması digər klubların formasından 20 kq ağırdır. Bu gün günəş doğdu. Onlar qalib gəlməyə borclu idilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti