“Kərim hazırda dünyanın ən yaxşı hücumçusudur”

22 Yanvar 2022 15:20 İspaniya 915
“Kərim hazırda dünyanın ən yaxşı hücumçusudur”

“Real”ın hücumçusu Luka Yoviç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Yoviç komanda yoldaşı Kərim Benzemanın dünyanın ən yaxşı oyunçusu olduğunu söyləyib:

“Benzema 13 ildir “Real”da çıxış edir. O da mənim kimi 21 yaşında Madridə gəldi. Benzema məşqdə hər gün yeni şeylər öyrənəcəyim biridir.

Hazırda dünyanın ən yaxşı hücumçusudur. Onunla birlikdə oynamaq zövqdür. Ümid edirəm ki, mən də onun səviyyəsinə çata bilərəm”.

Yoviç bu mövsüm La Liqada 10 oyunda 1 qol vurub. Benzema isə 17 qolla çempionatın bombardiridir.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!