“Barsa” ona 2 gün vaxt verdi – Ya imzalayacaq, ya da... 

18 Yanvar 2022 12:00 İspaniya 794
“Barsa” ona 2 gün vaxt verdi – Ya imzalayacaq, ya da... 

“Barselona” Usman Dembele ilə yaranan problemi 2 gün ərzində həll etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu yeni müqavilə bağlamaq istəmir.

“Barselona”nın maliyyə şərtləri onu qane etmir.

Üstəlik, o, qışda komandanı tərk etməyi də planlaşdırmır. Belə olacağı təqdirdə, yayda azad agent kimi gedəcək.

Dembele bir müddət əvvəl bildirmişdi ki, özünü dünya səviyyəli futbolçu hesab edir və yüksək məvacib almaq haqqıdır.

“Barselona” rəhbərliyi isə onun tələblərini yerinə yetirmək iqtidarında deyil. Komandanın maliyyə durumu ağırdır.

Usman cari mövsümdə İspaniya çempionatında 6 oyun keçirib və 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"