“Məni “Barselona”da belə qarşılayacaqlarını gözləmirdim”

21 Oktyabr 2021 00:14 İspaniya 566
“Məni “Barselona”da belə qarşılayacaqlarını gözləmirdim”

“Barselona”nın futbolçusu Serxio Aquero Çempionlar Liqasında Kiyev “Dinamo”suna qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu, matçla bağlı bunları deyib:

“Barselona”dakı debütüm möhtəşəm alındı. İndi Çempionlar Liqasında şans qazanmaq istəyirəm. “Dinamo”nu məğlub etməliyik. Edə bilməyəcəyiksə, turnirdə işlərimiz pisə doğru gedəcək.

“Barselona”da çox şey dəyişib. Məni belə isti qarşılayacaqlarını gözləmirdim. İndi öz oyunumla, qollarımla azarkeşləri sevindirməliyəm. Heç vaxt qarşıma “ən çox qolu mən vuracam” deyə, hədəf qoymamışam. Adətən ikinci hücumçu kimi oynamağa öyrəşmişəm. Məqsədim komandama kömək etmək və mövsümü yaxşı yerlərdə bitirməkdir. Statistikaya diqqət etməyə ehtiyac yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti