COP29

Bütün dünya bu gözəl qadın futbolçudan niyə danışır? - FOTOLAR

19 Sentyabr 04:50 İspaniya 792
Bütün dünya bu gözəl qadın futbolçudan niyə danışır? - FOTOLAR

"Barselona" qadınlardan ibarət komandasının udluz futbolçusu Aitana Bonmati ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, Bonmatinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Bir neçə Avropa nəhəngi ona transfer təklifi ilə müraciət etsə də, 26 yaşlı yarımmüdafiəçi doğma komandasında qalmağa qərar verib.

Aitana İspaniya millisi ilə dünya çempionu olub. O, eyni zamanda 5 dəfə İspaniya çempionu, 6 dəfə ölkə kubokunun qalibi, üç dəfə isə Çempionlar Liqasının qalibidir. 2023-cü ildə Bonmati fərdi "Ballon d'Or" mükafatını qazanıb.

Top-klubların belə uğurlu futbolçunu komandalarında görmək istəməsi məntiqlidir. "Çelsi" ispaniyalıya 4 illik müqavilə üçün 11 milyon avro təklif edib.

Qadın futbolu üçün bu, böyük məbləğ olsa da, Aitana maddiyyatı sevgidən üstün tutub.

Bununla belə, Kataloniya klubu ilə imzalanan yeni müqavilə ona dünya tarixində ən çox maaş alan qadın futbolçu olmağa imkan verəcək. Qadın futbolunda maaşlar açıqlanmır. lakin "Relevo"nun əldə etdiyi məlumata görə, Bonmati yeni müqaviləyə əsasən 1 milyon avro alacaq.

Bu məlumatı Kataloniya Radiosu təsdiqləyir. Mənbənin sözlərinə görə, Aitananın müqaviləsində qadın futbolunda tayı-bərabəri olmayan məbləğdə təzminat maddəsi də var. Lakin dəqiq rəqəmlər məlum deyil.

Aitana 2012-ci ildə "Barselona"nın akademiyasına cəlb edilib. 2 il sonra "Barsa"nın B komandasına keçib. 2016-cı ildə isə əsas komandada debüt edib və bundan sonra daimi olaraq əsas heyət üzvü olub.

O, 2017-ci ildən İspaniya millisinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti