"Futbolçularıma demişdim ki, mantarı açsaz, şampan çay kimi axacaq"

25 İyun 2021 10:50 İspaniya 645
"Futbolçularıma demişdim ki, mantarı açsaz, şampan çay kimi axacaq"

İspaniyanın baş məşqçisi Luis Enrike AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Slovakiyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Enrike 5:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Hər şey bizim üçün yaxşı başlamasa da, nəticədən məmnunam. Azarkeşlərimizi sevindirdik və futbolçularım da nəticədən razıdırlar.

Əla atmosfer var idi və növbəti oyunu səbirsizliklə gözləyirik. Futbolçularıma demişdim ki, mantarı açsaz, şampan çay kimi axacaq.

Bu dəfə tam olaraq belə oldu. Yenə də səhvlərimiz var və bunun üzərində işləməliyik”.

İspaniya AÇ-2020-nin E qrupunu 2-ci sırada bitirib və 1/8 finalda Xorvatiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!