“Barselona”lı ulduz əməliyyat olunacaq – 4 ay oynamayacaq

25 İyun 2021 10:00 İspaniya 1 120
“Barselona”lı ulduz əməliyyat olunacaq – 4 ay oynamayacaq

Fransa millisinin və İspaniyanın “Barselona” klubunun zədəli futbolçusu Osman Dembelenin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu AÇ-2020-də iştirak edən Fransa yığmasının düşərgəsinə zədə alan 24 yaşlı oyunçunun əməliyyat olunacağını açıqlayıb.

Onun sağ ayağında yırtıq aşkarlandığı və buna görə yaxın günlərdə əməliyyat ediləcəyi bildirilib. Əməliyyatdan sonra hücumçu təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Dembele Fransanın AÇ-2020 çərçivəsində Macarıstana qarşı keçirilən oyununda zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalmışdı. Artıq millinin düşərgəsini tərk edən hücumçu Barselonaya qayıdıb.

Dembele dörd mövsümdür “Barselona”da forma geyinir. Lakin bu müddətdə tez-tez zədələnən fransız futbolçu, artıq üçüncü dəfə əməliyyata məruz qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı