"Bu, nələr edə biləcəyimizi göstərdi, keyfiyyətimiz göz qabağındadır”

22 İyun 2021 13:10 İspaniya 465
"Bu, nələr edə biləcəyimizi göstərdi, keyfiyyətimiz göz qabağındadır”

Polşa millisinin ulduzu Robert Levandovski AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda İspaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İspaniyadan aldığımız xal nələr edə biləcəyimizi göstərdi. Rəqib daha üstün olsa da, müdafiədə etibarlı oynadıq.

Keyfiyyətimiz göz qabağındadır. Bəlkə bu baxımdan İsveçdən geri qalırıq, ancaq komanda ruhumuzun hesabına onları məğlub edə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!