Pikenin ilk müştərisi o oldu

18 İyun 2021 12:20 İspaniya 566
Pikenin ilk müştərisi o oldu

“Barselona”nın futbolçusu Jerar Pikenin menecer agentliyi artıq rəsmi fəaliyyətə başlayıb.

Sportinfo.az xəbər verir ki, artıq agentliyin ilk müştərisi də var.

Pikenin agentliyi ilə əməkdaşlıq edəcək ilk idmançı tennisçi Dominik Timdir.

Bu barədə idmançı özü sosial şəbəkədə məlumat verib: “Qürurla bildirirəm ki, “Kosmos” ailəsinin üzvü oldum”.

Timin agenti sabiq tennisçi Qalo Blanko olacaq. Blanko “4Slam Tennis” akademiyasının qurucularından biridir.

“Pike-Kosmos” kompaniyası yeni istiqamət üzrə fəaliyyət göstərəcək. Bu şirkət, əsasən Devis Kubokunun təşkili ilə məşğul olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM