Vidalaşdı və ağladı

18 İyun 2021 10:00 İspaniya 1 182
Vidalaşdı və ağladı

"Real"la yollarını ayıran Serxio Ramos vida məqsədilə təşkil olunan mətbuat konfransında emosiyalarını cilovlaya bilməyib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi media nümayəndələri qarşısında çıxış edərkən ağlayıb.

Yenidən nə vaxtsa "kral klubu"na qayıdacağına inandığını söyləyən təcrübəli oyunçu azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib. O, doğma klubunun daim ürəyində qalacağını bildirib.

2005-ci ildən "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub,

4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb. Həmçinin 2 dəfə İspaniya kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti