Sərdar “Milan”ın transfer siyahısında yer aldı

14 İyun 2021 10:00 İspaniya 982
Sərdar “Milan”ın transfer siyahısında yer aldı

“Zenit”in futbolçusu Sərdar Azmun karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, iranlı hücumçu ilə “Milan” yaxından maraqlanır.

Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Azmunun “Milan”ın transfer siyahısında yer aldığı bildirilib.

“Milan” hücumçu mövqeyinə Sərdarla yanaşı, PSJ-dən Mauro İkardi və “Sassuolo”dan Cakomo Raspadori ilə də maraqlanır.

“Zenit”lə müqaviləsi 2022-ci ilin yayına qədər olan Sərdar Azmunun “transfermarkt”da dəyəri 25 milyon avrodur. İran millisinin də üzvü olan 26 yaşlı futbolçu ötən mövsüm “Zenit”lə 29 oyunda 19 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı