“Barselona” Dembeleyə ultimatum verəcək

13 İyun 2021 18:20 İspaniya 911
“Barselona” Dembeleyə ultimatum verəcək

“Barselona” hücumçu Osman Dembelenin gələcəyi ilə bağlı qərarını tez verməsini istəyir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı futbolçuya yeni müqavilə təklif etsə də, Dembele hələ qərarını verməyib.

Bu barədə AS nəşri məlumat yayıb.

“Barselona” Dembelenin qərarsızlığına görə ona ultimatum verəcək. Belə ki, 24 yaşlı futbolçu ya klubun təklif etdiyi müqavilə şərtləri ilə razılaşmalı, ya da müqavilə imzalamayacağını qısa zamanda rəhbərliyə bildirməlidir.

Dembelenin “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı