"Barselona"da qalmaq istəmir, danışıqları qəsdən ləngidir

6 İyun 2021 18:20 İspaniya 912
"Barselona"da qalmaq istəmir, danışıqları qəsdən ləngidir

"Barselona"nın futbolçusu Usman Dembele klubdan ayrılmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya klubunun prezidenti Joan Laporta və direktorlar şurası 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləni yeniləməkdə maraqlıdır.

Lakin oyunçu danışıqları ləngidir. Oyunçunu bir neçə klub heyətinə qatmaq istəyir. Lakin həmin komandaların adları açıqlanmayıb.

Dembelenin klubu ilə hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti