“Barselona” ilə müqavilə imzaladıqdan sonra onu çox xoşbəxt görürəm”

5 İyun 2021 18:20 İspaniya 1 263
“Barselona” ilə müqavilə imzaladıqdan sonra onu çox xoşbəxt görürəm”

“Barselona”nın yeni transferi Serxio Aqueronun atası Leonel Del Kastilyo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Kastilyo, argentinalı hücumçu ilə “Arsenal” və “Çelsi”nin da maraqlandığını deyib:

“Barselona” ilə müqavilə imzaladıqdan sonra onu çox xoşbəxt görürəm. 15 yaşından bəri Lionel Messi ilə dostluq edirlər və davamlı əlaqədədirlər.

Görünür ki, bundan sonra da birlikdə oynayacaqlar.

“Arsenal” və “Çelsi” transfer baş tutana qədər Aquero ilə maraqlanırdılar. Aquero İngiltərədə qalmasaydı, ya İspaniya, ya da İtaliyaya gedəcəkdi”.

“Mançester Siti”dən ayrılan Aquero “Barselona” ilə iki illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı