“Barselona”nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumanın klubdakı gələcəyinə aydınlıq gətirib.
Sportinfo.az xəbər verir ki, o, niderlandlı mütəəxəssisin yeni mövsümdə də komandanı çalışdıracağını bildirib.
Daha əvvəl İspaniya mətbuatı 58 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanacağını yazmışdı.
Kuman 2020-ci ilin avqustundan komanaya rəhbərlik edir. Onun Kataloniya klubu ilə gələn ilin yayına qədərə müqaviləsi olsa da, istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.

