"Mən Ramossuz "Real"ı təsəvvür edə bilmirəm" - Ançelotti

3 İyun 2021 15:20 İspaniya 931
"Mən Ramossuz "Real"ı təsəvvür edə bilmirəm" - Ançelotti

"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti kapitan Serxio Ramosla yeni müqavilə imzalayıb-imzalamayacaqları barədə sualları cavablandırıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis deyib:

"Ramosun klubumuz üçün vacib bir oyunçu olduğu məlumdur. Ramossuz "Real"ı təsəvvür edə bilmirəm.

Müqaviləni yeniləmək üçün danışıqlar davam edir. Lakin detallarını bilmirəm".

Ramosun sözləşməsi bu ay başa çatır. O, 2005-ci ildən Madrid təmsilçisində çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti