"Real"ın yeni baş məşqçisi Karlo Ançelottinin klubdakı maaşı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb.
61 yaşlı mütəxəssisin ilinə 6 milyon avro qazanacağı bildirilib. O, Madrid təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Ançelotti 2013-2015-ci illərdə də "Real"ı çalışdırıb

