"Söhbət puldan getmir, Messi bunu çox yaxşı başa düşür"

2 İyun 2021 12:00 İspaniya 913
"Söhbət puldan getmir, Messi bunu çox yaxşı başa düşür"

"Barselona"nın prezidenti Joan Laporta sözləşməsi bu yay başa çatan Lionel Messi ilə yeni müqavilə imzalanıb-imzalanmayacağı ilə bağlı nsualları növbəti dəfə cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o deyib:

"Messi ilə əlaqə saxlayırıq, hər şey qaydasındadır. Klubun maliyyə vəziyyəti az-çox aydındır. Dəyərləndirmə bitdikdən sonra daha çox məlumata sahib olacağıq, amma hər şey artıq planlaşdırılıb.

Əminəm ki, Messi Aguero ilə oynamaq istəyər. Söhbət puldan getmir, Messi bunu çox yaxşı başa düşür.

O, rəqabətçi bir komanda görmək, kuboklar əldə etmək, Çempionlar Liqasını qazanmaq istəyir. Həyata keçirdiyimiz işlər arasında Messi ilə danışıqlar da var. Buna çox dəyər veririk".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti