"Barselona" Premyer Liqa klbunun daha bir uldzunu transfer etdi

1 İyun 2021 12:00 İspaniya 1 609
"Barselona" Premyer Liqa klbunun daha bir uldzunu transfer etdi

“Barselona” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Siti”dən Erik Qarsiyanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2026-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Mançester Siti” ilə müqaviləsi başa çatan Qarsiya “Barselona”ya azad agent kimi keçib. İspan futbolçunun Kataloniya təmsilçisində sərbəstqalma məbləği 400 milyon avro müəyyənləşdirilib.

“Barselona” dünən Serxio Aquero ilə iki illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı