"Bütün gücümü verəcəm" - "Barselona" ilə anlaşan ulduz

1 İyun 2021 10:20 İspaniya 2 391
"Bütün gücümü verəcəm" -

"Barselona"ya transfer olunan Serxio Aquero klubla müqavilə imzaladıqdan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu keçidi ilə bağlı deyib:

"Barselona" dünyanın ən yaxşı klubudur, buna görə yaxşı qərar verdiyimi düşünürəm. Ümid edirəm ki, komandaya kömək edə biləcəyəm.

Təbii ki, buraya köçmək karyeram üçün bir addımdır. Mən çox xoşbəxtəm. Komandaya kuboklar qazandırmağa çalışacağam. Ən əsası bu heyətdə oynamaq və kömək etmək istəyirəm. "Barselona" uğurlu olsa, xoşbəxt olaram.

Hər şeyi etməyə çalışacağam ki, gələn mövsümün sonuna qədər kuboklar qazanaq. Bütün gücümü verəcəm.

Ümid edirəm ki, azarkeşlər mənim oyunumu izləməkdən zövq alırlar. "Barselona"ya görə oyun üslubumu dəyişdirməyə hazıram".

"Barselona"ya azad agent kimi keçən Aquero klubla 2 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti