"Barselona"dan havayı TRANSFER "BOMBA"SI

1 İyun 2021 00:00 İspaniya 1 190
"Barselona"dan havayı TRANSFER "BOMBA"SI

"Barselona” yay transfer dönəminin ilk keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, "Mançester Siti”nin hücumçusu Serxio Aquero Kataloniya klubu ilə münasibətləri rəsmiləşdirib.

Klub bu keçidi televiziya kanalı vasitəsilə bəyan edib. Bildirilib ki, 32 yaşlı forvard müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalayıb.

Argentina millisinin üzvünün illik məvacibi 5 milyon avro təşkil edəcək. Serxio Aquero 2011-ci ildən formasını geyindiyi "Mançester Siti” ilə dünən yolları ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı