Kuman “Barselona”dan göndərilsə, alacağı təzminatın məbləği bilindi

30 May 2021 01:38 İspaniya 1 362
Kuman “Barselona”dan göndərilsə, alacağı təzminatın məbləği bilindi

“Barselona” baş məşqçi Ronald Kumanla müqaviləyə xitam versə, ona təzminat ödəməli olacaq.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı mütəxəssisin sözləşməsini vaxtından əvvəl ləğv etsə, ona 13 milyon avro ödəməli olacaq.

Bu barədə “sport.es” saytı məlumat yayıb.

Bundan başqa, Kuman klubu erkən tərk etsə, Niderland Futbol Federasiyasına 5 milyon avro ödənilməlidir. Bu məbləğin “Barselona”, yoxsa Kuman tərəfindən ödənilməli olduğu məlum deyil.

Kuman 2020-ci ilin avqustunda Niderland millisinin baş məşqçi postundan ayrılaraq, “Barselona”ya keçib. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı