Konte “Real”ın prezidenti ilə görüşəcək

30 May 2021 00:28 İspaniya 1 342
Konte “Real”ın prezidenti ilə görüşəcək

“İnter”dən ayrılan Antonio Konte “Real”a baş məşqçi təyin oluna bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” hesabında məlumat yayıb.

Xəbərdə Kontenin “Real”ın prezidenti Florentino Pereslə görüşəcəyi bildirilib. Madrid klubu italyan mütəxəssislə razılaşsa, onunla 2 illik müqavilə imzalayacaq.

Konte “İnter”lə A Seriyasında 2020/21 mövsümünün çempionu olduqdan sonra vəzifəsindən ayrılıb. “Real”da da baş məşqçi Zinəddin Zidan klubu tərk edib və hazırda onun postu poşdur.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı