Zidan “Real”la yolları ayırdı - Müqaviləni uzatmaq istəmədi

27 May 2021 15:20 İspaniya 1 096
Zidan “Real”la yolları ayırdı - Müqaviləni uzatmaq istəmədi

"Real" baş məşqçisi Zinəddin Zidanla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı aşıqlama yayıb.

Bildirilib ki, fransalı mütəxəssis başa çatan müqaviləsini yeniləmək istəmədiyi üçün bu cür qərar qəbul olunub.

Zinəddin Zidan "Real Madrid"ə 2019-cu ildən başçılıq edirdi. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub.

Klub təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Komanda 2020/2021 mövsümünü isə gümüş medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı