Müqavilə başa çatdı, yenilənməsinə ehtiyac duyulmadı

27 May 2021 12:20 İspaniya 818
Müqavilə başa çatdı, yenilənməsinə ehtiyac duyulmadı

“Sevilya” daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Franko Vaskes də La Liqa təmsilçisindən ayrılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti başa çatsa da, onun yenilənməsinə ehtiyac duyulmayıb.

Vaskes 2016-cı ildən “Sevilya”da çıxış edirdi. 32 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində bütövlükdə 198 oyuna çıxıb, 25 qola imza atıb.

“Sevilya” Vaskesdən öncə çexiyalı qapıçısı Tomaş Vatsliklə də yolların ayrıldığını açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti