"Atletiko" Dibalaya illik 7 milyon avro təklif edir

27 May 2021 01:24 İspaniya 841
"Atletiko" Dibalaya illik 7 milyon avro təklif edir

"Yuventus"un forvardı Paulo Dibala karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçunu "Atletiko" heyətinə qatmağa çalışır.

Klub artıq Turin təmsilçisi ilə danışıqlar aparır. Həmçinin "Atletiko" Dibalaya illik 7 milyon avro təklif edir.

"Yuventus" isə "Atletiko"dan Anxel Correranı alıb, əvəzinə Paulo Dibalanı təklif etmək istəyir. İspaniya klubunun baş məşqçisi Dieqo Simeone isə bu keçidin əleyhinədir.

Dibala bu mövsüm 20 maçtda 4 qol vurub və 3 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı