"Barselona" ilə danışıq aparır - "Milan"ın qapıçısı

27 May 2021 01:52 İspaniya 789
"Barselona" ilə danışıq aparır -

"Milan"ın qapıçısı Canluici Donnarumma karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı qolkiperi "Barselona" transfer etməyi planlaşdırır.

Onun hazırkı klubu ilə müqaviləsi iyunda başa çatır. Tərəflər yeni sözləşmə üçün razılaşa bilmir. Buna görə də onun komandanı tərk edəcəyi gözlənilir.

Onun artıq komanda yoldaşları ilə vidalaşdığı qeyd olunub.

"Barselona" isə Donnarummaya illik 10 milyon avro maaş təklif edir. Tərəflərin danışıq apardığı bildirilib.

Donnarumma "Milan"ın yetirməsidir və 2015-ci ildən əsas komandada çıxış edir. O, başa çatan mövsümdə 48 oyun keçirib,

54 qol buraxıb və 15 görüşdə qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti