Suaresdən Messiyə məsləhət: "Barselona"da qal"

26 May 2021 18:20 İspaniya 1 028
Suaresdən Messiyə məsləhət: "Barselona"da qal"

Sportinfo.az xəbər verir ki, "Atletiko"nun hücumçusu Luis Suares "Barselona"nın hücumçusu Lionel Messiyə klubda qalmağı məsləhət görüb.

“Dost və azarkeş kimi mən ona “Barselona”da qalmağı tövsiyə edərdim", - Suares deyib.

Uruqvaylı hücumçu "Barselona"dan "Atletiko"ya 2020-ci ilin sentyabrında keçib. Suares birinci mövsümdə "Atletiko"nun heyətində İspaniya çempionu olub.

Otuz dörd yaşlı hücumçunun "Atletiko" ilə müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.

Messinin "Barselona" ilə müqaviləsi bu ilin iyununda başa çatır. Otuz üç yaşlı argentinalı bütün karyerasını bu klubun heyətində keçirib.

Messi "Barselona"nın heyətində dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı