"Messi məşqlərdə belə, uduzmaq istəmir, uduzanda isə..."

26 May 2021 01:38 İspaniya 1 600
"Messi məşqlərdə belə, uduzmaq istəmir, uduzanda isə..."

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”nın futbolçusu Lionel Messi haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, İtaliyanın “Calciomercato” nəşrinə danışan Qvardiola, bunları deyib:

“Messi inanılmaz dərəcədə güclüdür. O, hazırda ən yaxşı futbolçudur. Bu, onun xarakterinə və mentalitetinə də aiddir. Messi məşqlərdə belə, uduzmaq istəmir.

Məşqdəki oyunlarda da qələbə qazanır, uduzanda isə məşqi tərk edir. Bu, onun mentalitetidir. Onun bacardıqlarından hələ çox danışmıram. Messi hər yerdə oynaya bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı