"Premyer Liqa klubları Avropanın ən yaxşısıdır"

26 May 2021 01:24 İspaniya 1 032
"Premyer Liqa klubları Avropanın ən yaxşısıdır"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İngiltərə Premyer Liqasını Avropanın ən güclü çempionatı hesab edir.

Sportinfo.az xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlamasında deyib:

“Premyer Liqa klublarının Avropanın ən yaxşıları olduğunu düşünürəm. İngiltərə çempionatı güclüdür. Hər şeydən əvvəl maliyyə investisiyaları ilə ayrılır, buna görə klublar güclüdür.

Digər çempionatlarda aparıcı klublar o qədər çox deyil: PSJ, "Bavariya", "Barselona", ​​"Real". İngiltərədə "Liverpul", "Mançester Yunayted", "Mançester Siti", "Çelsi" qazana bilər. Orada bərabərsəviyyəli komandalar var.

Yarımfinal və Çempionlar Liqası finalının heyətini gördükdə bunun İngilis futbolu üçün əla bir an olduğunu anladıq".

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı