La Liqanı tərk edən "Eybar"ın baş məşqçisi Joze Luis Mendilibar istefa verib.
Sportinfo.az xəbər verir ki, onun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.
60 yaşlı mütəxəssis son 6 mövsüm idi ki, "Eybar"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda son mövsüm ölkə çempionatını 20-ci pillədə tamamlayıb və elitanı tərk edib.

