"Kim mənə pis davrandı? Hər şeydən əvvəl klub prezidenti"

25 May 2021 15:40 İspaniya 890
"Kim mənə pis davrandı? Hər şeydən əvvəl klub prezidenti"

Ötən yay "Barselona"dan "Atletiko"ya keçən Luis Suares keçmiş klubunun sabiq prezidenti Xosep Bartomeunu tənqid edib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu Bartomeunun onunla yolları ayırmaq istəmələrinin birbaşa mətbuata açıqlanmasını yalnış hesab edir:

"Kim mənə pis davrandı? Hər şeydən əvvəl klub prezidenti. O, şəxsən mənə zəng etmək və komandadan ayrılmağımı istədiklərini söyləmək əvəzinə birbaşa mətbuata bildirdi.

Niyə bunu əvvəlcə mənə demirsən? Məşqçi isə məsələ ilə bağlı belə söylədi: "Mənə dedilər ki ...".

Mənə kluba lazım olmadığımı söyləmək xüsusi bir xarakter tələb etmir. Hər halda bu, məşqçinin işi deyildi. Çünki təlimat yuxarıdan - rəhbərlikdən gəlmişdi".

Ötən ilin sentyabrında "Barselona"dan "Atleltiko"ya keçən futbolçu La Liqada vurduğu 21 qolla komandasının çempionluğunda böyük pay sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı