“Komandada əsas olan mən deyiləm, futbolçulardır” – Zidan

24 May 2021 15:40 İspaniya 650
“Komandada əsas olan mən deyiləm, futbolçulardır” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Sportinfo.az xəbər verir ki, AS nəşrinə danışan fransalı mütəxəssis, La Liqada çempion olan “Atletiko” klubunu təbrik edib:

“Atletiko”nu təbrik etməliyik. Çempion olublarsa, deməli, buna layiqdirlər.

Komandada əsas olan mən deyiləm, futbolçulardır. Futbolçuların taleyi müəyyənləşəndən sonra klub rəhbərliyi ilə gələcəyimlə bağlı danışacam.

Rafael Varan və Serxio Ramos son oyunlarına çıxdılar? Ümid edirəm ki, yox. Hər ikisinin də komandada qalacağını düşünürəm”.

“Real” La Liqanın sonuncu turunda Vilyarreal”ı 2:1 hesabıyla məğlub edərək, mövsümü ikinci sırada bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti