“Barselona” mənə dəyər vermədi” – Küskün Suares

23 May 2021 18:20 İspaniya 1 589
“Barselona” mənə dəyər vermədi” – Küskün Suares

İspaniya La Liqasında 2020/21 mövsümünün qalibi olan “Atletiko”nun futbolçusu Luis Suares açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu, keçmiş komandası “Barselona”nın ona dəyər vermədiyini bildirib:

“Barselona” mənə dəyər vermədi, ancaq “Atletiko” qapılarını açdı. Mənə güvəndiyi üçün bu kluba minnətdaram.

La Liqada 7-ci mövsümümdə 5-ci dəfə çempion oldum. Suares budur, tanımayanlar tanısın. Lionel Messinin mənim üçün sevindiyini bilirəm. Ötən gün mənə uğurlar arzulamışdı”.

Suares La Liqada “Atletiko” ilə bu mövsüm 32 oyunda 31 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti