"Atletiko" 11-ci dəfə İspaniya çempionu oldu - VİDEO

23 May 2021 01:24 İspaniya 142 216
"Atletiko" 11-ci dəfə İspaniya çempionu oldu - VİDEO

"Atletiko" klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.

Sportinfo.az xəbər verir ki, Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv buna La Liqanın sonuncu - XXXVIII turunda nail olub.

Səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn "matrasçılar" xalını 86-ya yüksəldib.

Hesabı 18-ci dəqiqədə meydan sahiblərindən Oskar Plano açsa da, Anxel Korrea 57-ci, Luis Suares isə 67-ci dəqiqədə fərqlənərək, madridlilərin əzmkar qalibiyyəti təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı